İCS xüsusən idman hadisələrinə şərh və yayımlar təmin etməkdə mütəxəssilərdir.

Biz bunu “off-tube” studiya şərhi kimi müstəqil şəkildə edə bilərik hansı ki, bizim diktorlar orijinal audio buraxılışı təmin etmək üçün məlumat mənbəyi kimi şəkillərdən istifadə edirlər. Biz həmçinin rəsmi yayımları ötürmək və kommersiyalaşdırmaq da hüquq sahibləri ilə yanaşı da işləyə bilərik.

Bukmeykerlər üçün şərh mərc təcrübəsini artırmaq və sonrakı oyundaxili mərci həvəsləndirmək üçün çox vacibdir, bu həmçinin məşhur telefon xidmətləri və radio proqramlar üçün hazırlanır.

Biz İngiltərə Premyer Liqası, Çempionlar liqasının bütün oyunlarından, və digər Avropa futbol liqalarından, eləcə də əsas beynəlxalq futbol yarışlarından müstəqil şərh təmin edirik. Biz həmçinin GBI ilə əməkdaşlığımız vasitəsilə istənilən dildə təmin edə biləcəyimiz Birləşmiş Krallıq at yarışları şərhinin rəsmi distribyutoruyuq, və biz Reqbi üzrə Dünya Kuboku və Aşiz Kriket kimi əsas idman hadisələrini şərh edirik.

Biz həmçinin səlis və maraq çəkici üslublara uyğun olaraq məlumatverici və əyləncəli dəqiqə-dəqiqə mətn şərhləri təmin edə bilərik. Hər oyuna qollar, qırmızı vərəqələr, sarı vərəqələr və əvəzetmələr kimi əsas oyun hadisələri daxil olmaqla 60-a yaxın yeniliklər. Biz həmçinin taktika, forma (komandaların son durumu), yaxşı və pis oyun dövrləri və əsas hakim qərarları daxil olmaqla maçın digər vacib məqamlarını da vurğulayırıq.

Eyni zamanda bizim güclü və maraqlı radio şoumuz Football Live hər Şənbə və Bazar günü günorta əsas avropa liqalarından canlı hesabları, maç anonslarını və məlumatları sizlərə çatdırır.